"Dövlətin təhsil təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir!!!"

«  Noyabr 2018  »
BazÇərÇərCümCümŞənBaz
1234
567891011
12131415161718
19202122232425
2627282930

  

 

Hümeyir   Hüseyn oğlu Əhmədov
pedaqogika üzrə elmlər doktoru,
Rusiya Dövlət
Təhsil akademiyasının akademiki


 

  Hümeyir Hüseyn oğlu Əhmədov 14 avqust 1958-ci ildə Bakı     şəhərində ziyalı ailəsində anadan olmuşdur. 

  1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan  Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 

1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xabarovsk diyarında yerləşən hərbi hissəsində yerinə yetirmiş, təxris edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi davam etdirmişdir.  

  1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir.  1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən H.Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir.       Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin iyununda «Azərbaycan SSR-də hamılıqla orta təhsilə keçirilməsinə hazırlıq və onun həyata keçirilməsi» (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək,  pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.  1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə baş elmi işçi vəzifəsinə seçilmişdir. 

  1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi dərəcəsi verilmişdir. 1994-cü ildə həmin şöbədə aparıcı elmi işçi, 1997-ci ildə isə həmin vəzifəyə yenidən seçilmişdir. 2000-ci il dekabr ayının 11-dən yeni yaradılmış Təhsil Problemləri institutunda Elmi-pedaqoji kadrlar hazırığı şöbəsinə müdir təyin edilmişdir, hazırda həmin vəzifədə çalışır. 

   1985-ci ildən SSRİ PEA-nın «Məktəb və pedaqogika tarixi» üzrə problem şuranın üzvü, 2003-cü ildə ABŞ-ın Minnesota universitetinin «Təhsilin strateji planlaşdırılması» üzrə Koordinasiya Şurasının üzvü və fəxri professorudur. 

  2003-2005-ci illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun doktorantı olmuş, «Qloballaşma şəraitində Azərbaycan Respublikasında  ali təhsilin modernləşdirilməsi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (05.04.2011) və ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir (27.01.2012). 

  2004-cü ildən «Pedaqoqlar sülh və qarşılqlı anlaşma uğrunda» Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvü seçilmiş, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi üzvü (akademiki), 2006-cı ilin aprel  ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), 2008-ci ilin dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, 2012-ci ilin iyununda Rusiya Federasiyasının Təhsilin informatlaşdırılması akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 

  2006-cı ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur.2008-ci ilin fevralından Azərbaycan Respublikası «Təhsil Şurası» ictimai birliyinin idarə heyətinin üzvüdür.  «Qızıl Qələm» media mükafatı laureatıdır.  2008-ci ildə ona  «YUNESKO müəllimi» fəxri adı sertifikatı verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasnın 3-cü dərəcəli  «Долг и честь» ordeni ilə təltif edilmişdir. 2009-cu ilin dekabrında Rusiya Federasiyası Elm və Təhsil  nazirliyinin K.D. Uşinski adına medallı ilə təltif edilmişdur. 

  Əhmədov Hümeyir Hüseyn oğlu Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda yaratdığı (N 02.191 və B/D 02.191) dissertasiya şurasının üzvü olmuşdur. Hazırda fəlsəfə doktoru proqramı üzrə təhsil alan beş doktorant və dissertanta elmi rəhbər, elmlər doktoru proqramı üzrə təhsil alan iki doktorant və dissertanta elmi məsləhtçi təyin olunmuşdur.ABŞ və bir neçə Avropa və Şərq ölkələrində işgüzar səfərdə olmuşdur. 

  Elmi pedaqoji fəaliyyəti dövründə respublikamızda və ondan kənarda bir çox mötəbər elmi məclislərdə məruzə və tezislərlə çıxış etmiş, bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür. 

250-dən artıq çap olunmuş elmi əsəri: monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait, proqramların və məqalələrin müəllifidir. Əsərləri azərbaycan, rus, gürcü, ingilis və türk dillərində nəşr olunmuşdur.

 

 

 

1406628
Bugün
Dünən
Bu həftə
Ötən həftə
Bu ay
Ötən ay
Bütün
195
173
1781
1402453
5928
6291
1406628

Sizin IP: 54.144.82.216
Vaxt: 2018-11-17 08:44:01

                                                

Copyright © 2015, Humeyir Huseyn Ahmadov